"FIFPro World 11"ə görə ilin simvolik komandası məlum olub. Namizədlər siyahısında 26 futbolçu yer alıb.

"FIFPro World 11"ə görə ilin simvolik komandası məlum olub.

Matc.az xəbər verir ki, namizədlər siyahısında 26 futbolçu yer alıb.

Simvolik yığmada ən çox "Real" və "Mançester Siti"nin futbolçuları yer alıb.

Qapıçı: Ederson (Braziliya, "Mançester Siti");

Müdafiəçilər: Dani Karvahal (İspaniya, "Real" Madrid), Vircil van Deyk (Niderland, "Liverpul"), Antonio Rudiger (Almaniya, "Real" Madrid);

Yarımmüdafiəçilər: Cud Bellinqem (İngiltərə, "Real", Madrid), Toni Kroos (Almaniya, karyerasını sonlandırıb), Rodri (İspaniya, "Mançester Siti"), Kevin De Bruyne (Belçika, "Mançester Siti").

Hücumçular: Erlinq Haaland (Norveç, "Mançester Siti"), Kilian Mbappe (Fransa, "Real", Madrid), Vinisius Junior (Braziliya, "Real", Madrid).

Qeyd edək ki, "FIFPRO World 11" mükafatı 2005-ci ildə təsis edilib və həmkarları tərəfindən səsvermə nəticəsində ən yaxşı futbolçulara verilir. Simvolik yığmada ən çox Lionel Messi (17 dəfə) və Kristiano Ronaldo (15) yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest