Avtomobil qəzası keçirən "Vest Hem"in hücumçusu Maykl Antonio əməliyyat olunub.

Matc.az xəbər verir ki, o, Londondakı klinikalardan birində ayağından cərrah müdaxiləsinə məruz qalıb.

34 yaşlı futbolçunun təxminən 1 il yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Artıq Mayklın özünə gəldiyi və danışa bildiyiaçıqlanıb.

Qeyd edək ki, Antonio 2 gün əvvəl ağır qəza keçirib. O, helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest