"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat jurnalistlərin suallarını cavablandırıb.

"Turan Tovuz" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, qərb bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk yarıda həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular öz xarakterlərini göstərdilər. Onlara görə sevinirəm.

- Azarkeş olsaz, "Turan Tovuz"un oyunundan zövq alarsız?
- İlk hissədən yox. Amma ümumilikdə yaxşı təsir bağışladığmız və ya əksinə anlar olub.

- Araş Qaderini bundan sonra da hücumda oynatmaq fikriniz var?
- Araşı tanıdığıma görə onu meydana buraxdıq. Stressli anlarda yaxşı oynamağı bacarır. Yavaş-yavaş əvvəlki formasını bərpa edir. Mən onu İrandan tanıyıram.

- "Şamaxı"nın ikinci qolundan əvvəl qayda pozuntusu gözlədiz, sizin də ləğv olunan qolunuz oldu. Bu epizodları necə şərh edərdiniz?
- Hamı səhv edə bilər. Məşqçilər də, oyunçular da, təbii ki, hakimlər də. Əsas odur ki, bilərəkdən olmasın. Allah hər şeyi görür.

- Deniz Marandiçidən sonra bu gün Xəyal Nəcəfov da zədələndi. Qarşıdakı matçlarda heyətlə bağlı problem yaşamayacaqsız?
- Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Xəyalın da növbəti oyuna hazır olacağını gözləyirik. Zədəsi ciddi deyil.

- Qələbəni Denis Marandiçiyə həsr edirsiz?
- Əlbəttə ki, onun yoxluğunu hiss etdik, Bu gün futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu gün qələbəni Denisə həsr etdik.

- Qış hazırlığı ilə bağlı planınız nədir? Sizcə vaxt az deyil?
- Müddəti federasiya müəyyənləşdirir. Təbii ki, vaxt azdır. Futbolçular yaxşı istirahət etməlidir. Biz 4-13 yanvar tarixləri arasında Türkiyədə hazırlıq keçməyi düşünürük.

- Qələbədə azarkeşlərin payı nə qədərdi?
- Ən yaxşı azarkeşlər bizdədir. Səfərdə də bizimlə olurlar. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest