"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 final mərhələsində Leverkuzen "Bayer"i ilə oyunda (0:1) aldığı zədədən ilin sonunadək sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının 6-cı turunun Donetsk "Şaxtyor"u ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Noyer Jeremie Frimponqa cərimə meydançası xaricində zərbə vurub və karyerasında ilk dəfə qırmızı vərəqə alaraq zədələnib.

Qeyd edək ki, Noyer Donetsk "Şaxtyor" ilə oyundan əlavə Almaniya Bundesliqasında "Maynts" və "RB Leypsiq"lə görüşləri də buraxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest