10 Dekabr 2024, 09:25
FUTBOL
İFFHS klubların dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, qurum cədvələ 502 klub salıb.
Azərbaycan reytinqdə 4 komanda ilə təmsil olunub. Ən yaxşı nəticəyə malik təmsilçimiz “Qarabağ” 177,50 xalla dünyanın 67-cisidi. Qurban Qurbanovun yetirmələri 5 pillə irəliləyib.
“Zirə” 94,25 xalla 219-cu sıradakı mövqeyini qoruyub. 62,50 xala malik “Sabah” 14 pillə, 53,75 xalı olan “Turan Tovuz” isə 31 pillə irəliləyib. Hazırda “Sabah” 409, “Turan Tovuz” 496-cı sıradadı.
Qeyd edək ki, reytinqə 388 xalla İspaniya “Real”ı başçılıq edir.