“Liverpul”un iki zədəli futbolçusu sağalıb. Matc.az xəbər verir ki, hücumçu Dioqo Jota və qapıçı Alisson kollektivlə məşqlərə qoşulublar.

Onlar Çempionlar Liqası çərçivəsində “Jirona” ilə bu gün keçiriləcək qarşılaşma öncəsi komanda ilə hazırlaşıblar. Portuqaliyalı və braziliyalı müvafiq olaraq uzunmüddətli qabırğa və diz zədələrini sağaldıblar.

Digər tərəfdən uzun müddətdi meydana çıxmayan Federiko Kyeza məşqdə iştirak etməyib. Ancaq o, zədə yox, xəstəlik səbəbindən komandadan uzaq düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest