Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı qəbul edəcək “Elfsborq” oyuna ideal heyətlə çıxa bilməyəcək. Matc.az xəbər verir ki, İsveç klubunun bir futbolçusu qarşılaşmanı buraxmalı olacaq. Söhbət yarımmüdafiəçi Noah Söderberqdən gedir. Zədəsini yenicə sağaldan 23 yaşlı orta sahə oyunçusu ötən həftəsonu “Hekken”lə keçirilən yoxlama görüşündə iştirak edib.
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı qəbul edəcək “Elfsborq” oyuna ideal heyətlə çıxa bilməyəcək. Matc.az xəbər verir ki, İsveç klubunun bir futbolçusu qarşılaşmanı buraxmalı olacaq.
Söhbət yarımmüdafiəçi Noah Söderberqdən gedir. Zədəsini yenicə sağaldan 23 yaşlı orta sahə oyunçusu ötən həftəsonu “Hekken”lə keçirilən yoxlama görüşündə iştirak edib. Buna baxmayaraq, baş məşqçi Oskar Hilyemark isveçli futbolçunun hələ rəsmi görüşlərə hazır olmadığı qənaətinə gəlib. Buna görə də, Söderberq “Qarabağ”la ev matçıda iştirak etməyəcək.
Qeyd edək ki, dekabrın 12-də “Boras Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.