10 Dekabr 2024, 12:18
FUTBOL
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Tedjon Hana Sitizen”də qalıb. Matc.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Cənubi Koreya klubu ilə müqavilə müddətini yeniləyib.
Klubun mətbuat xidməti Krivotsyukla sözləşmənin 2027-ci il dekabrın 31-dək uzadıldığını açıqlayıb. Futbolçu özü bununla bağlı açıqlama verərək, qərarından məmnun olduğunu söyləyib. Anton növbəti mövsümü daha yaxşı keçirəcəyinə söz verib.
Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya klubunda çıxış edir.