“Rahat tətil keçirmək üçün çox xal qazanmaq lazımdı”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli açıqlayıb. 27 yaşlı futbolçu “Bild” nəşrinə açıqlamasında qış fasiləsinə qədər baş tutacaq iki görüşdən qalib ayrılmaq istədiklərini söyləyib.

“Rahat tətil keçirmək üçün çox xal qazanmaq lazımdı”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli açıqlayıb.

27 yaşlı futbolçu “Bild” nəşrinə açıqlamasında qış fasiləsinə qədər baş tutacaq iki görüşdən qalib ayrılmaq istədiklərini söyləyib: “Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. “Fyurt”la (4:0) oyundan əvvəl də hər şey bizim üçün qədər asan deyildi. Amma bunu bacardıq”.

Qeyd edək ki, “Nürnberq” dekabrın 15-də II Bundesliqa çərçivəsində “Köln”lə qarşılaşacaq. Komanda ayın 21-də isə “Ayntraxt”ı (Braunşveyq) qəbul edəcək. “Nürnberq” hazırda 19 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest