London Beynəlxalq Mübahisələrin Həlli Mərkəzi “Mançester Siti”nin 115 maliyyə pozuntusu ilə bağlı iş üzrə dinləmələri başa çatdırıb. Matc.az xəbər verir ki, hökm yaxın aylarda veriləcək.
Bununla belə, tərəflərin mümkün qərarlardan hər hansı birinə apellyasiya şikayəti vermək ehtimalı var. Ona görə də proses gələn mövsümün sonuna qədər davam edə bilər.
2023-cü ilin fevralında Premyer Liqa “Mançester Siti”ni 115 maliyyə qaydalarını pozmaqda ittiham edib. Klubun 2009-10 mövsümündən 2017-18 mövsümünə qədər qanun pozuntularına yol verdiyi iddia edilib.
“Mançester Siti”nin günahı sübuta yetirilərsə, “şəhərlilər”ə cərimə, xalların silinməsi və ya İngiltərə çempionatının aşağı divizionlarından birinə göndərilməsi kimi sanksiyalar tətbiq oluna bilər.