Moldovalı müdafiəçi müalicəsini ev şəraitində davam etdirəcək.

"Turan Tovuz"un əməliyyat olunan legioneri Denis Marandiçi evə buraxılıb. Bu barədə matc.az-a klubdan məlumat verilib.

Qeyd olunub ki, moldovalı müdafiəçi müalicəsini ev şəraitində davam etdirəcək. Marandiçinin konkret olaraq nə vaxt sıraya dönəcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, “Turan Tovuz”un Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"la keçirdiyi oyunda Denis Marandiçinin ayağı sınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest