"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola karyerası ilə bağlı açıqlama verib. Təcrübəli mütəxəssis bundan sonra başqa klubları çalışdırmayacağını deyib.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola karyerası ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra başqa klubları çalışdırmayacağını deyib.
"Mən başqa komandada işləmək fikrində deyiləm. Uzunmüddətli gələcək haqqında danışmıram, amma hazırda "Mançester Siti"də gördüyüm işi başqa ölkəyə gedərək orada etmək fikrində deyiləm".
Buna gücüm çatmazdı... Başqa yerdən başlamaq fikri, bütün məşq prosesi və s... Yox, yox, yox! Ola bilsin ki, milli komandada, amma bu, başqadır".
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir.