"Mançester Yunayted"in futbolçusu Markus Reşford klubunu tərk edə bilər. 

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. 

27 yaşlı ingiltərəli hücumçu gələcəyini öz komandasına görür. O, həmçinin baş məşqçi Ruben Amorimin təyinatından sonra daha çox şans qazanmasından məmnundur. Lakin İngiltərə klubu futbolçu üçün təklifləri nəzərdən keçirməyə başlayıb. 

Qeyd edək ki, Markus Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində 23 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest