11 Dekabr 2024, 02:23
FUTBOL
"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, "Milan" ingiltərəli futbolçunu icarəyə götürmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Çukvuemeka İtaliya klubuna keçməyə razılıq verib. "Milan" onun klubu ilə anlaşsa, keçid yanvar ayında rəsmiləşəcək.
Qeyd edək ki, "Çelsi" Karni Çukvuemekanı 2022-ci ilin yayında "Aston Villa"dan transfer edib. 21 yaşlı orta xətt oyunçusu bu mövsüm London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.