Massimiliano Alleqri İngiltərədə çalışa bilər. Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin mövsümün sonunda “Vest Hem”i çalışdırmaq ehtimalı var.

Rəhbərlik Xulen Lopeteqinin əvəzinə komandaya rəhbərlik edəcək məşqçi axtarışındadı. İtaliyalı çalışdırıcı gələn ilin yayında komandanın sükanı arxasına keçmək variantını nəzərdən keçirəcək. Bu o deməkdi ki, Lopeteqi istefaya göndərilsə, müvəqqəti bir məşqçi təyin olunacaq.

Qeyd edək ki, Xulen Lopeteqi bu yay komandaya gətirilib. Son 5 matçda cəmi 1 qələbə qazanan “Vest Hem” Premyer Liqada 14-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest