“Bavariya” müdafiəçisi Alfonso Devisin müqaviləsini mümkün qədər tez uzatmaq istəyir. Matc.az xəbər verir ki, 24 yaşlı sol cinah oyunçusunun münhenlilərlə hazırkı sözləşməsi mövsümün sonuna kimidi.

Rəhbərlik Devisə Miladdan əvvəl, yəni dekabrın 25-nə qədər yeni müqavilə imzalaması üçün təzyiq göstərir. Transfer qaydalarına əsasən, kanadalı yanvardan digər klublarla danışıqlar apara biləcək. Onunla “Real” və “Mançester Yunayted” yaxından maraqlanır. Futbolçunun nümayəndələri hələ qərar verməyə tələsmir.

Ulduz futbolçunun meneceri yeni sazişlə bağlı danışıqların gedişindən narazıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest