11 Dekabr 2024, 16:10
FUTBOL
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb. Matc.az xəbər verir ki, buna səbəb almaniyalı mütəxəssisin La Liqanın XVI turunda “Betis”lə görüşdə (2:2) hakimin qərarına etiraz etməsi olub.
59 yaşlı çalışdırıcı qarşıdakı iki turda komandasının oyununu tribunadan izləməli olacaq. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, “Barselona” qarşıdakı iki turda “Leqanes” və “Atletiko” (Madrid) ilə qarşılaşacaq.