11 Dekabr 2024, 17:02
FUTBOL
Apellyasiya Arbitraj Tribunalı “Karvan” klubunun apellyasiya şikayəti ilə bağlı qərarı açıqlanıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yevlaxlıların şikayəti təmin edilməyib.
I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra birincilərin futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, komandası 300 manat cərimə olunub. AFFA İntizam Komitəsinin bu qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.