Futbol üzrə Almaniya Superkubokunun adı dəyişdirilib.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, bu barədə Almaniya Futbol İttifaqı və Almaniya Futbol Liqası qərar çıxarıblar. Turnir Frans Bekkenbauer Kuboku adlanacaq.

2025-ci il avqustun 16-da turnirin qalibi müəyyənləşəcək. Burada ölkə kubokunun qalibi ilə Bundesliqa çempionu üz-üzə gələcək.

Qeyd edək ki, Almaniya yığmasının əfsanəvi oyunçusu 2024-cü il yanvarın 7-də vəfat edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest