12 Dekabr 2024, 11:27
FUTBOL
Ermənistan Futbol Federasiyası UEFA tərəfindən cərimələnib. Matc.az xəbər verir ki, sanksiya UEFA Millətlər Liqasında keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlara görə tətbiq olunub.
Ermənistan Futbol Federasiyasına oyunda bannerlər vasitəsilə idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi və pirotexniki vasitədən istifadəyə görə cərimə kəsilib. UEFA qurumu ümumilikdə 37500 avro məbləğində cərimələyib.
Qeyd edək ki, qarşılaşma Farer adalarının 1:0 hesablı qələbəsi ilə nəticələnib.