AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

Toplantıda Misli Premyer Liqasının XVI turunda yaşanan neqativ hallarla bağlı hüquqi qiymət verilib.

“Səbail” - “Araz-Naxçıvan” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.

“Sabah” - “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimələnib. Matçda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” daha 1500 manat cərimə edilib.

“Kəpəz” - “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimələnib.

“Sumqayıt” - “Neftçi” oyununda “Sumqayıt”da 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Matçda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” əlavə olaraq 500 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest