“Sumqayıt-2” komandası 400 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclasında Əvəzedicilər liqasında yaşanan neqativ hallara da hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” - “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.

Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” - “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə, “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest