12 Dekabr 2024, 13:52
FUTBOL
"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə əməkdaşlığı uzun müddət davam etdirmək niyyətindədi. Matc.az xəbər verir ki, turinlilər portuqaliyalı yarımmüdafiəçinin transfer hüququnu birdəfəlik almaq istəyirlər.
21 yaşlı futbolçunun özü də “Portu”ya qayıtmaq fikrindən uzaqdı. O, “Yuventus”da özünü xoşbəxt hiss etdiyini bildirib.
Qeyd edək ki, "Yuventus" Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb.