12 Dekabr 2024, 14:15
FUTBOL
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Çempionlar Liqasının VI turunda “Zalsburq”la oyundan (3:0) sonra baş məşqçiləri Luis Enrike barədə müsbət fikirlər səsləndirib. Matc.az xəbər verir ki, o, ispaniyalı çalışdırıcını dəstəkləyib.
Əl-Xelaifi Luis Enrikenin postunda qalacağını sözlərinə əlavə edib: “Luis Enrike bizimlə qalacaq. Onunla uzunmüddətli layihə qururuq. O özü də bunu bilir. Dünyanın ən yaxşı məşqçisi bizdədi”.
Qeyd edək ki, PSJ hazırda 7 xalla 25-ci pillədə qərarlaşır. Paris təmsilçisi Liqa 1-də isə 34 xalla liderdi.