Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappenin təcavüz və cinsi zorakılıq şübhəsi ilə bağlı istintaq başa çatıb. Matc.az xəbər verir ki, bu barədə AFP İsveç Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı forvardın ittiham olunduğu işin bağlanmasına səbəb sübutun tapılmaması olub.

İddiaya görə, Mbappe millinin oyunları ilə əlaqədar fasilə zamanı Stokholmdakı gecə klubunda olduğu zaman ciddi qalmaqalla üzləşmişdi. Onun 2024-cü il oktyabrın 10-da bir qıza təcavüz etdiyi yazılmışdı.

Qeyd edək ki, Mbappe cari mövsüm 22 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest