12 Dekabr 2024, 16:00
FUTBOL
“Məşqlərə başlamamışam, bərpa prosesi davam edir”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
32 yaşlı yarımmüdafiəçi zədəsinin hələ də sağalmamasına toxunub: “Hazırda heç bir dəyişiklik yoxdu. Məşqlərdə iştirak etmirəm. Bu həftə oynamayacağım dəqiqdi. Növbəti oyuna isə baxacağıq”.
Qeyd edək ki, Emin Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi Millətlər Liqası matçından əvvəl zədələnib. “Neftçi” dekabrın 15-də Misli Premyer Liqasının XVII turu çərçkivəsində “Kəpəz”i qəbul edəcək. Report