12 Dekabr 2024, 16:39
FUTBOL
“Mançester Yunayted” hücumçusu Markus Reşfordu satmağa hazırdı. Matc.az xəbər verir ki, “qımızı şeytanlar” onun gedişindən 40 milyon funt-sterlinq qazanmağı hədəfləyir.
Buna baxmayaraq, rəhbərlik yanvarda 27 yaşlı forvardla bağlı təklif gözləmir. Reşfordun satılması Premyer Liqanın mənfəət və davamlılıq qaydalarına (PSR) əməl etmək üçün vacibdi. Klubun son üç ildə itkisi 300 milyon funt-sterlinq olub.
Qeyd edək ki, Markus Reşford cari mövsüm bütün turnirlərdə 23 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.