12 Dekabr 2024, 18:01
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin "Vulverhempton"u çalışdırmaq ehtimalı var.
Mourinyonun "Fənərbaxça" ilə müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var. "Vulverhempton" bu məbləği ödəyib 61 yaşlı məşqçini komandaya gətirmək istəyir.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub və Türkiyə klubu ilə 2 illik sözləşmə imzalayıb.
Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.