12 Dekabr 2024, 20:12
FUTBOL
UEFA Çempionlar Liqasında Liqa fazasının 6-cı turunun ən yaxşı oyunçusu müəyyənləşib.
UEFA Çempionlar Liqasında Liqa fazasının 6-cı turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, "Arsenal"da çıxış edən Bukayo Saka həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ingiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda "Bavariya"dan Maykl Olise, "Brest"dən Marko Bizo, "Atletiko"dan Antuan Qrizmannı qabaqlayıb.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"In "Monako"nu 3:0 hesabı ilə məğlub etdiyi matçda 90 dəqiqə meydanda olub. O, 2 qol vurub, 1 qolun ötürməsini edib.