"Vest Hem"in və Qana millisinin yarımmüdafiəçisi Mohamed Kudusu İngiltərədə klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TBR Football" yayıb. 

Bidirilir ki, Londonun “Arsenal” klubu onu transfer etməyi planlaşdırır. "Çəkicdöyənlər" qanalı oyunçunu təxminən 80 milyon funt-sterlinqə (təxminən 97 milyon avro) satmağa hazırdır. 

Qeyd edək ki, Kudus 2023-cü ilin yayında "Ayaks"dan "Vest Hem"ə keçib və bu müddətdə artıq nəhəng klubların diqqətini cəlb edib. O, 2024/2025 mövsümündə 12 rəsmi oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest