13 Dekabr 2024, 10:04
FUTBOL
“Komandamla fəxr edirəm. Meydan dəhşətli dərəcədə sürüşkən idi”. Matc.az xəbər verir ki, bunu “Elfsborq”un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının VI turunda “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.
32 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında fikirlərini bildirib: “Bu, Milad bayramından əvvəl çox gözəl və vacib qalibiyyət idi. Qalib gəlməsəydik, növbəti mərhələyə vəsiqə şansımız azalacaqdı. Birinci hissədə çoxlu texniki səhvlər etdik. Məncə, böyük klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik”.
Qeyd edək ki, hazırda “Elfsborq”un 7, “Qarabağ”ın isə 3 xalı var.