13 Dekabr 2024, 10:51
FUTBOL
Ukraynanın gənclərdən ibarət yığmasının qapıçısı Vladislav Krapivtsov İspaniyada çıxış edəcək. Matc.az xəbər verir ki, 18 yaşlı qolkiper La Liqa klubu “Jirona”ya keçib.
Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə transferi elan edib. Krapivtsovun “Jirona” ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
O, “Dnepr-1”in fəaliyyətini dayandırması səbəbindən klubsuz qalmışdı.