13 Dekabr 2024, 11:43
FUTBOL
“Fiorentina” Konfrans Liqasının Liqa mərhələsinin V turunda LASK-ı 7:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, İtaliya klubu bu görüşdə rekorda imza atıb.
Belə ki, “bənövşələr” tarixində ilk dəfə avrokubokların bir matçında 7 qol vurublar.
Hazırda aktivində 12 xal olan “Fiorentina” ümumi cədvəldə üçüncü pillədə qərarlaşır.