13 Dekabr 2024, 12:16
FUTBOL
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali komandadakı durumundan narazıdı. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu ölkəsi İtaliyaya qayıtmaq arzusundadı.
“Milan” ötən ilin yayında Premyer Liqa klubuna keçən Tonaliyə göz dikib. Ancaq futbolçu ilə “İnter” və “Yuventus” da maraqlanır. Əsas problem isə onun məvacibidi. Tonali vergilər çıxdıqdan sonra 9 milyon avro maaş qazanır. İtaliya klubları isə bu məbləği qarşılamaq iqtidarında deyillər.
Qeyd edək ki, Sandro Tonali bu mövsüm bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib. Onun “sağsağanlar”la müqaviləsi 2028-ci ilin yayına kimidi.