Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Roberto Karlos 2002-ci ildə “Qızıl top”a layiq olduğunu bildirib. Matc.az xəbər verir ki, Karlos keçmiş komanda yoldaşı Ronaldonun həmin tutulu ondan oğurladığını düşünür:

“Həmişə Ronaldoya deyirəm ki, “Qızıl top” mənim idi, onu məndən oğurladı. Həmin vaxt favorit olduğumu eşitdim. Ancaq dünya çempionatının finalında 90 dəqiqə ərzində mükafatı itirdim. Yenə də bir müdafiəçinin “Qızıl top” səsverməsində ikinci yeri tutması inanılmaz şeydi. Onu yalnız Bekkenbauer, Sammer və Kannavaro qazana bilib. Beləliklə, ikinci yer böyük qürur üçün bir səbəbdi”.

Qeyd edək ki, həmin vaxt “İnter”də çıxış edən Ronaldo zədə səbəbindən 2001-02 mövsümünün böyük hissəsini buraxmışdı. Ancaq 8 qolla DÇ-2002-nin bombardiri olub, finalda Almaniya ilə oyunda (2:0) dubla imza atıb. Nəticədə mövsümlərarası fasilədə “Real”a keçən Ronaldo 2002-ci ilin “Qızıl top” mükafatına layiq görülüb. Roberto Karlos ikinci, almaniyalı qapıçı Oliver Kan isə üçüncü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest