“Bavariya” ilə sol cinah müdafiəçisi Alfonso Devis arasında yeni müqavilə ilə bağlı danışıqlar müsbət irəliləyir. Matc.az xəbər verir ki, tərəflər sövdələşmədə maraqlıdı.

24 yaşlı futbolçu maaş tələbinin təmin ediləcəyi təqdirdə sözləşməni uzatmağa razı olduğunu bildirib. Devis ildə 15 milyon avro qazanmaq və imza bonusu olaraq əlavə 15 milyon avro almaq istəyir. Danışıqların ən geci fevralda müsbət nəticələnməsi gözlənilir.

Qeyd edək ki, Alfoso Devis “Real”ın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest