13 Dekabr 2024, 17:22
FUTBOL
Müalicəsini davam etdirən Denis səhhətinin qaydasında olduğunu deyib.
"Göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Mənə çox böyük güc verdiniz". Matc.az xəbər verir ki, bunu "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi deyib.
Bir neçə gün öncə əməliyyat olunan moldovalı futbolçu klubun mətbuat xidmətinə açıqlama verib.
Müalicəsini davam etdirən Denis səhhətinin qaydasında olduğunu deyib: "Hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm. Ən qısa vaxtda geri dönəcəyəm. Yaşıl meydanlarda görüşərik”.
Qeyd edək ki, Denis Marandiçinin Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"la oyunda ayağı sınmışdı.