"Fiorentina"nın futbolçusu Edoardo Bove Florensiyadakı xəstəxanadan evə buraxılıb.

Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Çərşənbə axşamı futbolçu defibrilatorun implantasiyası əməliyyatı olunub. İtaliya çempionatının reqlamenti futbolçunun qeyd edilən əməliyyata görə 6 aydan tez meydana çıxmasına icazə vermir.

Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi dekabrın 1-dən A Seriyasının 14-cü turunda "İnter"lə oyunda huşunu itirib. O, xərəkdə meydançadan çıxarılaraq reanimasiyaya çatdırılıb. Xəstəxanaya aparılarkən futbolçunun ürəyi dayanıb.

"Roma"nın 22 yaşlı futbolçusu icarə əsasında "Fiorentina"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi İtaliya çempionatında 11 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest