Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstanın 6-cı prezidenti olub.

Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstanın 6-cı prezidenti olub.

Matc.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Hakim "Gürcü Arzusu" partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb.

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Qeyd edək ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili idi. O, 2018-ci ildə bu postda idi.

Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.

O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.

2016-cı ildə o, "Gürcü arzusu" partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest