La Liqanın 17-ci turunun "Rayo Valyekano" ilə oyununda (3:3) iki məhsuldar ötürmə edən Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülər Madrid klubunda əvvəllər heç kimin əldə etmədiyi nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Bildirlir ki, o, cari əsrdə La Liqada bir oyunda iki məhsuldar ötürmə verən ən gənc futbolçu olub. Statistik nailiyyət əldə edilən zaman türk hücumameyilli yarımmüdafiəçinin 19 yaş 293 günlük yaşı olub.
Qeyd edək ki, Gülər bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.