Fransanın Liqa 1 klubu "Sent-Etyen" baş məşqçi Olivye Dalloqlio ilə yolları ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Sent-Etyen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçi təyin olunana qədər komanda müvəqqəti olaraq klubun təlim mərkəzinin direktoru Lauren Huarda tapşırılıb.

Qeyd edək ki, "Sent-Etyen" hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest