Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib.

"Kəpəz" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest