Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun matçları keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Köln"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan 27 yaşlı forvard fasilədə əvəzlənib.

16 turdan sonra aktivində 19 xal olan "Nürnberq" 18 komanda arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest