"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş “mankunianlar”ın rekordçusu olub. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu bunu İngiltərə Premyer Liqasının "Mançester Siti" (2:1) ilə görüşündə penaltini dəqiq yerinə yetirməklə bacarıb.

O, "Mançester Yunayted"də 25 penaltidən 21-ni qolla tamamlayıb. Fernandeş bu göstəricidə komandanın sabiq hücumçusu Ueyn Runini qabaqlayıb.

Qeyd edək ki, Runi 28 penaltidən 20-ni dəqiq tamamlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest