“Barselona”nın aparıcı oyunçularından olan Lamin Yamal sıradan çıxıb. Matc.az xəbər verir ki, o, La Liqanın 17-ci turunda "Leqanes"lə keçirilən görüşdə (0:1) zədə alıb.

Tibbi müayinədən keçən Yamala ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Onun "Atletiko" ilə qarşılaşmada iştirakı sual altındadı. Laminin konkret nə vaxt sıraya dönəcəyinə təkrar tibbi müayinələrdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Yamal cari mövsümdə "Barsa"da ümumilikdə 21 oyunda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest