16 Dekabr 2024, 13:51
FUTBOL
Kristian Pulişiçin "Milan"dakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, ABŞ yığmasının yarımmüdafiəçisi İtaliya klubunda qalmağa razılıq verib.
Belə ki, o, “rossonyerlər”in yeni müqavilə təklifini qəbul edib. Yeni sazişə əsasən, Pulişiç 2029-cu ilin yayına qədər “Milan”ın formasını geyinəcək. Kristianın illik məvacibi isə 4 milyon avrodan 5 milyon avroya yüksələcək.
Qeyd edək ki, Pulişiç İtaliya çempionatının cari mövsümündə 14 oyunda 5 dəfə fərqlənib.