16 Dekabr 2024, 15:10
FUTBOL
Kərim Benzema mövsümün sonunda karyerasını bitirə bilər. Matc.az xəbər verir ki, ulduz futbolçu özü bu fikrə düşüb.
36 yaşlı forvard psixoloji cəhətdən yorulduğu üçün bu addımı atmağı planlaşdırır. Fransa millisinin üzvü karyerasını bitirdikdən sonra da futbol sahəsində qalacaq. O, uzun illər formasını geyindiyi “Real”ın səfiri olmaqla bağlı “kral klubu” ilə anlaşıb.
Qeyd edək ki, Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi.