16 Dekabr 2024, 16:47
FUTBOL
“Əl-Hilal”ın hücumçusu Neymar karyerasının ən yaxşı dövrünü açıqlayıb. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü PSJ-dəki illərini xüsusi vurğulayıb.
“Ən yaxşı illərim PSJ-də olub. Amma çox kədərli idi, çünki 3-4 ay davam edən çox ciddi zədələrim olurdu. Bu məni çox narahat edirdi. Amma futbol nöqteyi-nəzərindən PSJ-dəki Neymar bütün karyeramın ən yaxşı futbolçusudu”, - deyə Neymar söyləyib.
Qeyd edək ki, Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. O, parislilərin heyətində 173 oyunda 118 qol vurub, 77 məhsuldar ötürmə verib. “Sambaçı” karyerası ərzində “Santos” və “Barselona”da da çıxış edib.