16 Dekabr 2024, 16:15
FUTBOL
“Bayer”in yarımmüdafiəçisi Florian Virtz gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu hazırkı komandasında qalacaq.
Bir çox nəhəng klubların maraq dairəsində olan Virtz leverkuzenlilərlə müqaviləsini 2027-ci ilin yayınadək uzadıb. Onun əvvəlki sözləşməsi 2026-cı ilin yayına qədər idi. Yeni sazişə əsasən, Almaniya millisinin üzvü komandanın ən yüksək ödənişli futbolçusu olacaq. Virtzin illik maaşı 10 milyon avrodan, 20 milyonadək artırılacaq.
Qeyd edək ki, Florian Virtz bu mövsüm “Bayer”in heyətində 17 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.