Harri Maquayr “Mançester Yunayted”lə yeni müqavilə imzalaya bilər. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “qırmızı şeytanlar”la danışıqlara başlayıb.

Futbolçu özü danışıqların müsbət məcrada keçdiyini açıqlayıb: “Hazırda bütün əlamətlər müsbətdi. Danışığımız yaxşı gedir”.

Maquayrın hazırda həftəlik məvacibi 190 min funt-sterlinqdi. Onun müqaviləsi mövsümün sonuna qədərdi və klub bunu daha bir il uzatmaq hüququna malikdi.

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm Premyer Liqada 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest